27 aprel 2026 20:53
152

İstanbulda keçirilən dünya çempionatında Azərbaycan karateçiləri uğurlu nəticələr əldə ediblər

Türkiyənin İstanbul şəhərində təşkil olunmuş Şotokan karate üzrə dünya çempionatı başa çatıb. “İki sahil” xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Ülvi Məmmədov böyüklər arasında -84 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Bununla yanaşı, veteranlar (35-45 yaş) kateqoriyasında çıxış edən Elnur Əliyev bütün rəqiblərini üstələyərək qızıl medalın sahibi olub.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti çempionatda uğurla çıxış edərək ölkəmizi layiqincə təmsil edib.