11 noyabr 2023 13:05
350

Nazir: Hazırda rəhbər yeri boş olan qurumlara yaxın zamanda təyinatlar nəzərdə tutulub

Təbii ki, hazırda rəhbər yeri boş olan qurumlara yaxın zamanda təyinatlar nəzərdə tutulub.

“İki sahil” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli deyib.

"Hazırda mədəni müəssisələrdə düşünülmüş və sistemli fəaliyyət mövcuddur. Və yaxın günlərdə hansılarda ki rəhbər yerlər boşdur, onlara təyinatlar nəzərdə tutulub", - nazir əlavə edib.