20 noyabr 2023 15:59
269

İsveç millisinin baş məşqçisi istefa verdi

İsveç millisinin baş məşqçisi Yanne Andersson vəzifəsindən istefa verib.

“İki sahil” xəbər verir ki, bu barədə 61 yaşlı mütəxəssis öz açıqlamasında bildirib. O, Avro-2024-ün seçmə mərhələsində Estoniya (2:0) ilə oyundan sonra istefa verdiyini deyib. Andersson final mərhələsinə vəsiqə qazana bilmədikləri üçün bu addımı atdığını vurğulayıb.

Qeyd edək ki, Andersson 2016-cı ildən İsveç yığmasının baş məşqçisi idi. 

İsveç Azərbaycan millisinin də yer aldığı F qrupunda 10 xalla üçüncü yeri tutub. Azərbaycan isə 7 xala 4-cü olub. Bu komandalar arasında Solnada keçirilən görüşdə İsveç 5:0 hesabı ilə qələbə qazanıb, Bakıdakı qarşılaşmada isə Azərbaycan 3:0 hesabı ilə qalib gəlib.