Noyabrın 15-17-də 2023-cü il tarixində Rusiya Federasiyasının Moskva şəhərində “Ekslibrislər kitab mədəniyyətinin öyrənilməsi üçün informasiya resursu kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransın təşkilində “Beynəlxalq Kitabsevərlər İttifaqı”, “MSK Ekslibris və Miniatür Kitablar Muzeyi”, “Rusiya Dövlət Kitabxanası”, “Ostafyevo” Dövlət Muzey-Qoruğu – “Rusiya Parnası”, o cümlədən “Fondlar İdarəsi”, A.S.Puşkinin Dövlət Muzeyinin kolleksiyaları: “İ.N.Rozanovun kitabxanası”, “Nadir kitablar kolleksiyası”, A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun arxivi və muzeyi, o cümlədən “N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin muzeyidə təşkilatçılıqda iştirak ediblər.
“İki sahil” xəbər verir ki, konfransda Azərbaycandan “QƏSR” “Mədəni İrsin və Tarixi Abidələrin Qoruyaq” QHT-nın sədrinin birinci müavini və İdarə Heyətinin üzvü, eləcə də İCOMAM Beynəlxalq Hərbi Komitəsinin İdarə Heyətinin üzvü (hərb tarixi, hərbi muzeylər və silah kolleksiyası üzrə), tarix üzrə fəlsəfə doktoru Pərvin Fəxrəddin oğlu Gözəlov “Ekslibris kitabların tarixinin öyrənilməsi üçün mənbə kimi” mövzusunda məruzə ilə çıxış edib. P.Gözəlov qeyd edib ki, 1923-cü ildə Azərbaycanın mərkəzi kitab fonduna dövlət fondu statusu verilib və həmin ilin iyunun 5-də Bakı şəhərində Azərbaycan Respublika Kitabxanasının rəsmi açılışı olub. Daha sonra, 1939-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə kitabxanaya görkəmli Azərbaycan yazıçısı və maarifçisi Mirzə Fətəli Axundovun adı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 aprel tarixli 50 nömrəli qərarı ilə Azərbaycan Dövlət Kitabxanasına “Azərbaycan Milli Kitabxanası” statusu verilmişdir. Mərkəzi Dövlət Kitab qoruyucusu milli mədəniyyət xəzinəsi olmaqla yanaşı, elmi-metodiki mərkəzdir, bu gün kitabxananın fondlarında 5 milyona yaxın çap nəşri qorunur. Həmçinin kitabxanada 25 şöbə və 26 müxtəlif istiqamətli sektorlar fəaliyyət göstərir, məruzə müəllifi P.Gözəlov 20 ildən artıq elmi tədqiqat fəaliyyəti dövründə, “Nadir kitablar və kitabxana muzeyi şöbəsi”-də saxlanılan, elmi baxımdan ən qiymətli ədəbiyyatlardan bəhs edərək, öyrəndiyini diqqətə çatdırıb. Kitabxanada qədim ərəb, latın, avropa dillərində, rus, slavyan və fars dillərində çox qiymətli mənbələr və materiallar saxlanılır.
Azərbaycanda tədqiqatçılar üçün ikinci mühüm mənbə 2003-cü ildə açılmış Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yanında Prezident kitabxanasıdır. Oraya “Mərkəzi Şəhər Kitabxanası”nın və “Azərbaycan KP MK Siyasi Maarif Evi”nin kitabxanasının fondları daxil olub. Sovet hakimiyyətinin ilk illərində Bakı Xalq Maarif İdarəsinin qərarı ilə 1870-1920-ci illərdə xeyriyyə təşkilatlarının nəzdində mövcud olmuş kitabxananın bazasında 1924-1991-ci illərdə V.I.Lenin adına Mərkəzi Şəhər Kitabxanası yaradılmışdır. Onun nəzdində müxtəlif auditoriyalar, ədəbi cəmiyyətlər fəaliyyət göstərirdi. Demək olar ki, eyni zamanda, 1923-cü ildə Sov.KP Bakı Şəhər Partiya Komitəsinin kitabxanası təşkil edilmiş, 1991-ci ildən Azərbaycan SSRİ KP MK Siyasi Maarif Evinin kitabxanası kimi fəaliyyət göstərmişdir. Azərbaycan Prezidenti Administrasiyasının təsərrüfat şöbəsinin xüsusi kitabxanası kimi, prezident kitabxanasında XVI-XIX-cu əsr və XX-ci əsrin əvvəllərində nəşr olunmuş müxtəlif dillərdə nadir kitabların çox zəngin kolleksiyası qorunur. Nadir kitablar fondunda dünyanın iyirmi beş dilində 10 min nüsxədən çox kitab var. Qeyd edək ki, nadir fondun 1088 kitabı Azərbaycan Respublikasının kitab abidələrinin dövlət reyestrinə daxil edilib. P.Gözəlov məruzəsində istinad etdiyi fondda saxlanılan XVIII-XIX-cu əsrin əvvəllərinə aid rus mənbələri üzərində daha ətraflı dayanmışdır. XVIII-XIX-cu əsrin əvvəllərinə aid yazılı mənbələrin polivalentliyi böyük imperiyaların dövlətçilik tarixi, dövlət maraqları, geosiyasi və hərbi maraqlarına aid məsələlərinə dair məlumat əldə etməyə imkan verir. İştirakçılara 1866-1904-cü illərdə nəşr olunmuş XII cilddə hərb tarixinə dair ən mühüm sənədli materiallar olan Qafqaz Arxeoqrafiya Komissiyasının - Qafqaz Canişininin Baş İdarəsinin arxivi tərəfindən toplanmış Aktlar təqdim edilmiş. Konfrans iştirakçıları üçün Ostafyevo Dövlət Muzey-Qoruğuna və görməli yerlərə səyahət təşkil olunub.