29 noyabr 2023 12:51
174

Rusiyalı jurnalistlərin ATƏT-in iclasını işıqlandırmasına icazə verilməyib

Bir neçə rusiyalı jurnalistin Şimali Makedoniya paytaxtı Skopyedə ATƏT Nazirlər Şurasının iclasını işıqlandırmasına icazə verilməyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Qərbin bu səfərin qarşısını almaq üçün bütün cəhdlərinə baxmayaraq, Rusiya xarici işlər naziri Sergey Lavrovun görüşdə iştirakına hazırlaşmağa davam edir.