29 noyabr 2023 14:35
192

"Yuxarı Lars"ın bağlanması Rusiya ilə əlaqələrin kəsilməsinin simvoludur- Ermənistanın şirkət direktoru

Ermənistanın ən böyük “Apaven” Nəqliyyat-logistik şirkətinin direktoru Qaqik Ağacanyan hesab edir ki, "Yuxarı Lars” Nəzarət Buraxılış Məntəqəsinin bağlanmasının Ermənistan-Rusiya əlaqələrinin kəsilməsi deməkdir.

“İki sahil” xəbər verir ki, Q. Ağacanyan “NEWS.am”-a müsahibəsində bildirib ki, “Yuxarı Lars” Nəzarət Buraxılış Məntəqəsinin bağlanması adi hadisə deyil.

"Bu Ermənistan-Rusiya əlaqələrinin kəsilməsinin simvoludur. Ermənistan 400 min tona taxılın əsas hissəsini Rusiyadan idxal edir”, - direktor vurğulayıb.