12 dekabr 2023 14:18
222

Qızılcaya yoluxmada nisbətən azalma var- Nazir

"Qızılcaya yoluxmaların artım sürətində nisbətən azalma var".

“İki sahil”in xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, proses nəzarətdədir: "Valideynlər övladlarını vaxtında və düzgün peyvənd etdirməlidirlər ki, bir daha belə hadisə ilə üzləşməyək. Hazırda bütün təhsil sisteminin distanta keçirilməsi və ya qapadılmasını düşünmürük".