16 dekabr 2023 12:44
712

Ölkəmiz son 20 ildə böyük uğurlar, tarixi Qələbələr qazanıb - AÇIQLAMA

Vətən müharibəsində qazandığımız tarixi Qələbədən sonra Azərbaycanda yeni bir reallıq yaranıb. Bu gün biz qalib xalqıq və  ilk dəfə olaraq fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycanın bütün suveren ərazilərində seçkilər keçiriləcək. Bu suveren ərazilərdə seçkilərin keçirilməsi  həm də Azərbaycanın gücünün göstəricisidir. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə bizi irəlidə hələ daha böyük qələbələr gözləyir. Azərbaycan xalqı hər zaman bütün sınaqlardan ölkə rəhbərliyi ətrafında sıx birləşərək çıxıb. Bu dəfə də xalqımız böyük müdriklik göstərəcək.

Deputat qeyd edib ki, Vətən müharibəsində qələbədən sonra  ölkəmizin qarşısında qələbəmizin daha da möhkəmləndirilməsi, dövlətimizin daha da gücləndirilməsi kimi  mühüm bir vəzifə var. Eyni  zamanda, bu gün ölkəmizdə davamlı olaraq müxtəlif sahələrdə islahatlar keçirilir. Bu islahatların davam etdirilməsi baxımından da belə bir seçkinin həyata keçirilməsi hesab edirəm çox önəmlidir. Bu gün həm bölgəmizdə, həm dünyada  çox ciddi, mürəkkəb proseslər gedir.  Bu mürəkkəb proseslərin getdiyi bir dövrdə də növbədənkənar seçki qərarının qəbul edilməsi  çox  önəmlidir. Biz suverenliyimizi, dövlətçiliyimizi, dövlətimizin müstəqilliyini daha da gücləndirməliyik, daha  da möhkəmləndirilməliyik. Bunun üçün də çox ciddi addımların və qərarların qəbul edilməsinə ehtiyac  var  idi. Hesab  edirəm ki, o anlamda seçki qərarı çox  müdrik və uzaqgörən bir addım kimi qiymətləndirməlidir.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclasında cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsinə toxunan Ceyhun Məmmədov qeyd edib ki, bu, xalqın seçimidir. Ölkəmizə son 20 ildə böyük uğurlar, tarixi Qələbələr qazandıran cənab İlham Əliyev adını tariximizə Müzəffər Ali Baş Komandan kimi yazdırıb. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Xalqımız Prezidentin bu siyasətini dəstəkləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bizi irəlidə hələ daha böyük qələbələr gözləyir. Azərbaycan xalqı hər zaman bütün sınaqlardan ölkə rəhbərliyi ətrafında sıx birləşərək çıxıb. Bu dəfə də xalqımız böyük müdriklik və uzaqgörənlik nümayiş etdirərək növbəti dəfə öz Liderinə sadiqliklərini nümayiş etdirəcəklər.

Yaqut Ağaşahqızı, “İki sahil”