"Avroviziya 2024"ün keçiriləcəyi məkanda artıq səhnə hazırlanıb.
“İki sahil” xəbər verir ki, İsveçin Malmö şəhərində keçiriləcək beynəlxalq yarışmada səhnə görüntüləri yayılıb. "SVT" yayım şirkətinin yaydığı fotolarda səhnə dekorunda LED kublar, LED döşəmələr, yüksək təsirli işıqlandırma, video və səhnə texnologiyası əks olunub.
Səhnənin xaç formasında olması isə diqqətdən qaçmayıb. Səhnə mavi və çəhrayı işıqlarla işıqlandırılıb.
Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.
Hazırda ölkəmizi təmsil etmək üçün 6 iştirakçı mübarizə aparırı. Onlar Emy Lia (Emiliya Yaqubova), Mila Miles-İlkin Dövlətov-Etibar Əsədli, Aisel (Aysel Məmmədova), Fahree, Qorqud və Səbinə Quluzadədir.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO