21 dekabr 2023 11:12
229

Azarkeşlər və idman ictimaiyyətinin nümayəndələri Xankəndiyə çatıblar

“Qarabağ” və MOİK arasında keçiriləcək Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununa gedən azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri və jurnalislər Xankəndiyə çatıblar.

“İki sahil” xəbər verir ki, Bakıdan çıxan avtobuslar 6 saat yol qət ediblər.

Qeyd edək ki, qarşılaşma saat 14:00-da başlayacaq. Bu matçın qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək. Xankəndidəki görüş 30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə ilk futbol oyunu olacaq.