29 dekabr 2023 23:34
740

“Qalatasaray”-“Fənərbaxça” oyunu təxirə salınıb - BİRGƏ AÇIQLAMA/YENİLƏNİB

Türkiyə superkubokunun ləğv edilməsindən sonra “Qalatasaray”, “Fənərbaxça” və Türkiyə Futbol Federasiyası birgə bəyanatla çıxış edib.

“İki sahil” xəbər verir ki,  açıqlamada final matçının daha sonrakı vaxta təxirə salındığı bildirilib.

“Superkubokun təşkilində indiyədək göstərdikləri səylərə görə, Futbol Federasiyasına və ev sahibi ölkənin müvafiq qurum və təşkilatlarına təşəkkür edirik", - deyə bəyanatda vurğulanıb.

Oyunun təşkilində bəzi nöqsanlar səbəbindən “Fənərbaxça” və “Qalatasaray” futbol klubları Səudiyyə tərəfinin pankartlara icazə verməməsini əsas göstərərək oyuna çıxmamaq qərarı alıblar.

Klub rəsmilərinin açıqlamalarına görə, Mustafa Kamal Atatürkün "Yurtda sülh, cihanda sülh" sözləri yazılan pankart Səudiyyə rəsmiləri tərəfindən qəbul edilməyib.

***

"Qalatasaray" və "Fənərbağça" komandaları arasında oynanılması planlaşdırılan Türkiyə Superkuboku ləğv edilib.

“İki sahil” xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb.

Hər iki komanda Səudiyyə Ərəbistanındakı görüşdə stadiona getməyiblər.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlamalı idi.