03 yanvar 2024 00:11
369

Şirvanda yol qəzası zamanı piyada ölüb

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.

Piyada xəstəxanaya çatdırılan zaman keçinib.

Hadisə yerinə polis cəlb olunub.

Ölən şəxsin kimliyi və hadisə yerindən yayınan avtomobilin müəyyən olunması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.