30 iyun 2025 08:24
118

Keçmiş məcburi köçkün: Bu günə görə Prezidentimizə minnətdarıq

Bu günə görə Prezidentimiz İlham Əliyevə minnətdarıq.

“İki sahil” xəbər verir ki, bunu bu gün Ağdamın Kəngərli kəndinə qayıdan sakin, keçmiş məcburi köçkün Raya Rüstəmova deyib.

O, torpaqların işğaldan azad edilməsinə görə şəhidlərin ruhuna ehtiramını ifadə edib: “Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu torpaqları onlar qan tökərək alıblar. Sevincimizin həddi, hüdudu yoxdur.

Kəndimizə qızımla qayıdıram. Dünyadan köçəndə də kəndimdə köçüm. Bu mənim ən böyük arzularımdan biridir. Allah Prezidentimizi xalqımızın üstündən əskik etməsin. Dövlət başçımıza ailəsi ilə birlikdə uzun ömür, can sağlığı arzulayıram”.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu mərhələdə Kəngərli kəndinə 37 ailə - 153 nəfər köçürülüb.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.