15 yanvar 2024 17:26
239

“Elektron məhkəmə” vasitəsi ilə məhkəməyə iddia ərizəsiylə müraciət edənlər üçün güzəşt müəyyənləşib

Mülki işlər üzrə ilk dəfə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ümumi məhkəməyə iddia ərizəsi ilə müraciət edən fiziki şəxslər bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğinin 10 faizini ödəməkdən azad olunacaqlar.

“İki sahil”in xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.