11 fevral 2024 17:17
956

Prezident seçkilərinin yekun nəticələri elan olundu, İlham Əliyev 92,12% səslə qalib olub

Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərinin yekun nəticələri açıqlanıb.

“İki sahil” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının hazırda keçirilən iclasında son nəticələr elan olunub.

Yekun nəticələrə əsasən, İlham Əliyev 92,12% səslə seçkilərin qalibi olub.

Seçkilərdə seçkici fəallığı 76,43 faiz təşkil edib.