Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək
İlk növbədə qeyd edim ki, Azərbaycan-Türkiyə təhsil əlaqələri hər il yüksələn xətt üzrə atrır. Azərbaycan hələ sovet dönəmindən Türkiyə ilə ali təhsil sahəsində əlaqələr yaratmağa başlamışdır. Lakin bu əlaqələr mövcud dövrün siyasi tələblərinə uyğun aparılmış və müstəqil olmamışdır. Şübhəsiz ki, bu da iki qardaş xalqın milli maraqlarının təminedilməsi istiqamətində çox mənfi hal olmuşdur. Amma müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan Türkiyə ilə təhsil sahəsində əməkdaşlığa, daha böyük önəm vermişdir. 1992-ci ilin 16-23may tarixində Ankarada türk dövlətlərinin təhsil nazirlərinin toplantısı keçirildi və bu yığıncaqda təhsil sahəsindəki əməkdaşlıqdan, onun qarşısında duran problemlərdən bəhs edilmişdir. Belə ki, bu toplantıda qardaş dövlətlərin təhsilişində bir-birlərinə yaxından kömək etməsi, təhsil ocaqlarının qarşılıqlı təşkili, bu işlərdə qarşıda duran problemlər və bu problemlərin birgə aradan qaldırılmasıvə s. məsələlər geniş müzakirə edilərək lazımi qərarlar verilmişdir.
Bu fikirləri “İki sahil”ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert qeyd etdi ki, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün sonrakı illərdə də siyasi və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilmişdir. Son illərdə görülən işlərin nəticəsində Türkiyə tərəfinin yeni təlim texnologiyaları sahəsindəki bilik və bacarıqlarını Azərbaycan tərəfi ilə bölüşməyi, dərs vəsaitlərinin hazırlanmasında və müəllimlərin bu sahədə ixtisasartırmaları istiqamətində, həmçinin Azərbaycan tərəfinin Dünya Bankı və başqa beynəlxalq qurumlarla həyata keçirəcəyi layihə fəaliyyətlərinə hər cür texniki yardım göstərməsi olduqca müsbət hazldır. Bir məqamı qeyd edim ki, Türkiyənin Qazaxıstan və digər bir neçə ölkə ilə birgə universiteti fəaliyyət göstərir. Bütün sahələrdə Azərbaycanla qardaşlıq münasibətində olan dost ölkənin Azərbaycanla da ortaq ali təhsuil müəssisəsi yaradılması çox mühüm hadisədir.
Kamran Əsədov bildirdi ki, hazırda Türkiyədə 35 min azərbaycanlı gənc ali təhsil alır. Digər tərəfdən isə Türkiyə universitetlərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir. Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var. Mövcud qanunvericiliyə görə Azərbaycan və Türkiyə birgə universitet yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri var, hətta bəyənnamə də imzalanıb, həmçinin Azərbaycan və Türkiyə arasında da kifayət qədər çox istiqamətli müqavilələr var. Azərbaycanın birgə universitet təsis etmək təcrübəsinin olduğunu xüsusi ilə qeyd etmək istəyirəm. Belə ki, hazırda Azərbaycan və Fransa birgə universiteti – UFAZ yaradılıb və fəaliyyət göstərir. Türkiyə və Azərbaycanda təhsil sahəsində islahatlar həyata keçirilir. İnanıram ki, Azərbaycan-Türkiyə birgə ali məktəbin yaradılmasına dair bütün proses 2024-cü ildə başa çatacaq. Xarici ölkə universitetlərinin olması ölkədə ali təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər. Eyni zamanda xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradacaq.
Ekspert onu da bildirdi ki, mövcud qanunvericiliyə görə, Azərbaycan və Türkiyə birgə universitetlə yanaşı orta məktəb də yarada bilər. Azərbaycanın birgə məktəb təsis etmək təcrübəsi var. Hesab edirəm ki, Azərbaycan-Türkiyə birgə məktəbi ölkədə orta təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər. Birliyimizin rəmsi olan və bölgədə ən aparıcı ali məktəb olacaq Türkiyə Azərbaycan birgə Universiteti Azərbaycan Universitetləri arasında rəqabət mühitinin yaxşılaşdırılmasına təkan verəcəkdir.
Yaqut Ağaşahqızı, “İki sahil”