26 fevral 2024 08:43
230

Oğuzda tövlə yanıb, 34 baş iribuynuzlu heyvan tələf olub

Oğuz rayonunda içərisində 34 baş mal-qara olan tövlə yanıb.

“İki sahil” xəbər verir ki, hadisə fermada, 64 yaşlı Yaşar Yusif oğlu Həsrətova məxsus ümumi sahəsi 260 kv/m olan tövlədə baş verib.

Yanğın zamanı tövlədə olan 1 000 ədəd ot bağlaması da yanaraq tələf olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.