Rusiya və Azərbaycan qarşılıqlı turist axınının bərpası üçün bir sıra tədbirlər planlaşdırıb.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdən sonra deyib.
“Qarşılıqlı turist axınlarımız artır, lakin bu, hələ də tam bərpa olunmayıb. Buna nail olmaq üçün turizm məhsullarımızın iki ölkənin bazarlarında qarşılıqlı təbliği, ödəniş məsələlərinin həlli, bizi birləşdirən Xəzər dənizinin turizm potensialının paylaşılması ilə bağlı bir sıra addımlar planlaşdırmışıq”, - o bildirib.
Xatırladaq ki, Rusiyanın Baş naziri Mixail Mişustinin martın 5-6-da Azərbaycana səfəri zamanı turizm sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məsələlər əsas müzakirə mövzularından biri olub.
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb