“Azərbaycan Dəmir Yolları” (ADY) QSC qatarların mənzilbaşına gecikməsi səbəbləri ilə bağlı məlumat yayıb.
2023-cü il ərzində ADY-yə məxsus qatarların maşinistləri müxtəlif səbəblərə görə 10 dəfədən çox təcili tormozlama ediblər. Nəticədə qrafikdə gecikmələr yaranıb.
ADY-dən “İki sahil”ə verilən məlumata görə, hadisələrin əksəriyyətində relslər üzərinə qəsdən daşlar düzülməsi müşahidə olunub. Bu faktlar hərəkətin təhlükəsizliyinin təmin edilməsinə ciddi maneə yaradır.
Xatırladaq ki, qatara ziyan vuranlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar.
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb