Niderlandın "ING Group"u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 4,4 %, 2025-ci ildə 5,5 % olacağını proqnozlaşdırır.
"İki sahil" şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir ki, bu il və gələn il üçün açıqlanan yeni proqnoz fevral ayında açıqlanan proqnoza nisbətən 0,1 faiz bəndi azdır.
Proqnozlara əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 5,8 %, ikinci rübdə 1,8 %, üçüncü rübdə isə 4,2 % səviyyəsində gözlənilir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını gözləyir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % təşkil edəcək, 2025-ci ildə 3,9 %-dək azalacaq.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 4,7 %-ə qədər azalacağını, 2025-ci ildə 5 % olacağını proqnozlaşdırır.
Dünya Bankının qiymətləndirmələrinə görə Azərbaycanda orta illik inflyasiya 2024-ci ildə 5,8 %, 2025-ci ildə 5,2 % təşkil edəcək.
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb
Bir ekosistemi qızların təhsilinə dəstəyini davametdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənctələbə adını qazanıb
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib