Azərbaycanda son illər müasir suvarma sistemləri tətbiq edən təsərrüfatlarda məhsuldarlığın 2 dəfəyə yaxın artdığı, sərf edilən suyun 2,5 dəfə azaldığı müşahidə edilir.
“İki sahil” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firudin Tağıyev Bakı Su Həftəsi ("Baku Water Week") çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında bildirib.
"Bunlar çox gözəl göstəricilərdir, o deməkdir ki, kənd təsərrüfatı intensiv inkişafdadır. Hər bir fermer müasir suvarma üsullarından istifadə etməklə sudan qənaətlə istifadə edib, fəaliyyətini yüksək səviyyədə, dayanıqlı qurmalı, su və torpaq resurslarını qorumalıdır. Selləmə suvarma torpaqda şoranlaşma yaradır, məhsuldarlığı azaldır. Bu, bir növ resurslardan kortəbii istifadədir və onların deqradasiyasına səbəb olur. Biz davamlı olaraq müasir suvarma sistemlərindən istifadəni təşviq edirik və təşviq işləri bundan sonra da davam etdiriləcək", - deyə o qeyd edib.
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb
Bir ekosistemi qızların təhsilinə dəstəyini davametdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənctələbə adını qazanıb
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib