Sabah Bakının Suraxanı rayonunun qaz təchizatında fasilə yaranacaq.
Bu barədə “İki sahil”ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, “Qaraçuxur” qaz paylayıcı stansiyasında (QPS) “Əhali” kollektorundan ayrılan “Əmircan” qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar martın 13-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Əmircan qəsəbəsinin və Şərq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb
Bir ekosistemi qızların təhsilinə dəstəyini davametdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənctələbə adını qazanıb
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib