Gürcüstan Qazaxıstan neftinin Bakı-Supsa kəməri vasitəsilə nəqlində Azərbaycanla intensiv müzakirələr aparır.
“İki sahil” xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili jurnalistlərə açıqlamasında deyib.
O, bunun yalnız Gürcüstanın deyil, bir neçə ölkənin əməkdaşlığını əhatə edən layihə olduğunu vurğulayıb.
Levan Davitaşvili bu məsələdə BP ilə də birbaşa əlaqələrin qurulduğunu deyib.
Nazir əlavə edib ki, neft kəmərinin istismarı üçün Azərbaycanın mövqeyi vacibdir və Gürcüstan bu məsələdə Bakı ilə intensiv dialoq aparır.
O bildirib ki, kəmərlə Qazaxstan neftinin nəqlinə bu il başlana bilər.
“Qazaxıstan nefti başqa növdür və Azərbaycan nefti ilə qarışdırılmamalıdır. Düşünürəm ki, bizim indi əsas məsələlərdə əminliyimiz var. Gələcəkdə biz bir milyon tondan çox neft nəql edə biləcəyimizi düşünürük. Ümid edirəm ki, neftin nəqlinə bu il, başlanacaq”, - Davitaşvili bildirib.
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb
Bir ekosistemi qızların təhsilinə dəstəyini davametdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənctələbə adını qazanıb
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib