Azərbaycanda dayanıqlı və etibarlı su təminatını təmin etmək məqsədilə regionlarda "bir pəncərə" prinsipinin tətbiqi planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı Su Həftəsi Beynəlxalq Konfransının ("Baku Water Week Conference") açılış mərasimində deyib.
"Bizim uzunmüddətli perspektivdə əsas hədəfimiz suyun insanlar və cəmiyyət tərəfindən dəyərinin doğru anlaşılması və doğru qəbul olunmasını təmin etməkdir.
Söhbət suyun qiymətindən deyil, məhz ona verilən dəyərdən gedir. Bu istiqamətdə ilk növbədə qanunvericilik bazasının yaradılmasına ehtiyac var. Bununla yanaşı institusional dəyişikliklər görülməlidir. Biz regionlarda "bir pəncərə" prinsipinin tətbiq etmək istəyirik. Yəni insanlarımız su dedikdə bizim quruma müraciət etsinlər. Məqsədimiz nəticə etibarı ilə dayanıqlı və etibarlı su təminatını təmin etməkdir",- deyə Z. Mikayılov qeyd edib.
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb
Bir ekosistemi qızların təhsilinə dəstəyini davametdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənctələbə adını qazanıb
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib