Tərtərçay, Həkəriçay, Bərgüşadçay, Xaçınçay və digər çayların su ehtiyatları son 30 ildə 15 %-dən çox azalıb.
“İki sahil” xəbər verir ki, bu barədə Bakı Su Həftəsi çərçivəsində "Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının Su Ehtiyatları və yenidənqurma işləri" sessiyasında Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun baş mühəndisi Məmməd Əsədov deyib.
Onun sözlərinə görə, erməni təcavüzü nəticəsində 30 ilə yaxın Azərbaycan öz su ehtiyatlarına çıxışdan və onları inkişaf imkanlarından məhrum olub: “Bu da nəinki işğal olunmuş ərazilərin, eləcə də ona bitişik olan rayonların əkin sahələrinin suvarılmasında ciddi çətinlik yaratmışdı. İşğal dövründə aparılmış ekoloji terror nəticəsində meşələrin qırılması, ot örtüyünün məhv edilməsi, torpaqların eroziyaya və deqradasiyaya uğraması su ehtiyatlarına ciddi təsir edib".
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb
Bir ekosistemi qızların təhsilinə dəstəyini davametdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənctələbə adını qazanıb
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib