Zəngəzur dəhlizinin açılması Orta Dəhliz istiqamətində yükdaşımaların həcmini ildə 1 milyon tondan 25 milyon tona qədər artıracaq.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin infrastruktur və nəqliyyat naziri Abdulkadir Uraloğlu "TRT Haber"ə müsahibəsində bildirib.
O qeyd edib ki, Zəngəzur koridoru Bakı-Tbilisi-Kars dəmir yolu üçün də alternativ olacaq. Nazirin sözlərinə görə, bu yol sadəcə nəqliyyat dəhlizi deyil, həm də Türk dünyasını birləşdirici amil olacaq.
A. Uraloğlu onu da əlavə edib ki, Bakı-Tbilis-Kars dəmir yolunda davam edən təmir işləri gələn ay bitəcək.
Nazir Zəngəzur dəhlizin Türkiyədən keçməsinin ölkənin sənayesinə, texnologiyasına, turizminə töhfə verəcəyini də vurğulayıb. (APA)
Bir ekosistemi qızların təhsilinə dəstəyini davametdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənctələbə adını qazanıb
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Bu ilin 8 ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 26 milyard 788 milyon kubmetr qaz nəql edilib
Yanvar-avqust aylarında Azərbaycan Hindistana 524 min 338 ton xam neft ixrac edib