“MacOS” 14.4-cü versiyasına yeniləndikdən sonra bəzi “Mac” istifadəçiləri USB-hablarının kompüterlərinə qoşulduqda işləməməsindən şikayətləniblər. Çünki bu, siçan, klaviatura və monitor kimi periferik cihazların tanınmamasına səbəb olub.
“İki sahil” xəbər verir ki, texniki nasazlıq xüsusilə məhdud USB portları olan “Mac” istifadəçilərinə mane olub, çünki bir çoxları hab olmadan kompüterdən istifadəni demək olar ki, qeyri-mümkün hesab edirlər. Problem yalnız “MacOS” 14.4 olan bəzi istifadəçilərdə müşahidə olunur. Əməliyyat sisteminin əvvəlki versiyasında çalışan qurğular qüsursuz işləyir. Problem “MacBook Air”dən tutmuş flaqman “MacBook Pro”ya qədər geniş çeşiddə modellərə təsir göstərib.
Həmçinin qeyd edilib ki, periferik qurğuların özləri birbaşa “Mac” portlarına qoşulduqda işləməyə davam edir, USB-hablar vasitəsilə qoşulmaqdan imtina edirlər. Mütəxəssislər, istifadəçilər cihazla işləyərkən USB-hablardan istifadə edərlərsə, “MacOS” 14.4-ə yenilənmədən çəkinməyi tövsiyə edirlər.
Bir ekosistemi qızların təhsilinə dəstəyini davametdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənctələbə adını qazanıb
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Bu ilin 8 ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 26 milyard 788 milyon kubmetr qaz nəql edilib
Yanvar-avqust aylarında Azərbaycan Hindistana 524 min 338 ton xam neft ixrac edib