2024-cü ilin yanvar-fevral aylarında sərnişinlərin 95,4 faizi avtobus, 4,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 9,1 faiz, sərnişin dövriyyəsi isə 9,4 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 4,0 faiz artaraq 35,1 milyon nəfər olub.
"İki sahil”in Dövlət Statistika Komitəsinin cari ilin yanvar-fevral ayları üzrə hesabatına istinadən xəbərinə görə, qeyd olunan dövrdə nəqliyyatçılar 294,4 milyon sərnişinə xidmət göstərib.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında ümumi olaraq sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 11,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Bir ekosistemi qızların təhsilinə dəstəyini davametdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənctələbə adını qazanıb
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Bu ilin 8 ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 26 milyard 788 milyon kubmetr qaz nəql edilib
Yanvar-avqust aylarında Azərbaycan Hindistana 524 min 338 ton xam neft ixrac edib