Kreml gündəmlə bağlı açıqlamalar verib.
“İki sahil” NTV-yə istinadən xəbər verir ki, Kreml ABŞ-ın Rusiyaya qarşı gizli “təsir kampaniyası” aparmağa çalışdığını, lakin Moskvanın təhlükəsizlik xidmətlərinin onun təsirini minimuma endirmək üçün hərəkətə keçdiyini bildirib.
Kreml, Donald Trampın ABŞ prezidenti kimi Mərkəzi Kəşfiyyat İdarəsinə Çində ictimai rəyi hökumət əleyhinə yönəltmək üçün ölkənin sosial mediasında gizli kampaniya başlatmağa icazə verməsi ilə bağlı xəbərə münasibət bildirib.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ hazırda prezident seçkiləri keçirən Rusiyaya qarşı oxşar kampaniya aparmağa çalışır.
Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmə ehtimalı ilə bağlı fikrini şərh edən Peskov bildirib ki, Fransa artıq müharibəyə qarışıb. O indi daha dərin müdaxiləyə hazır olduğuna işarə edir.
Xatırladaq ki, Makron dünənki açıqlamasında Rusiyanı iki ildir davam edən münaqişədə Kiyev qoşunlarını məğlub edəcəyi təqdirdə Ukraynanı “dayanmayacaq düşmən” adlandırıb və avropalıları “zəif” olmamağa, cavab verməyə hazır olmağa çağırmıdı.
Kreml həmçinin ABŞ kəşfiyyat orqanlarının işinin təsirini minimuma endirmək üçün “qətiyyətli addımlar” atıldığını da açıqlayıb.
Günel Cəlilova, "İki sahil"