18 mart 2024 16:12
330

Çin prezidenti Putini təbrik edib

Rusiyada dünən başa çatan seçkilərdən sonra açıqlanan ilk nəticələrə görə, Vladimir Putin yenidən prezident seçilib.

“İki sahil” CNN-ə istinadən xəbər verir ki, bu münasibətlə Çinin dövlət başçısı Si Cinpin Putini təbrik edib.

O, bundan sonra da Çinin Rusiya ilə tərəfdaşlıq əlaqələrini inkişaf edən xətt üzrə davam edəcəyinə ümidvar olduğunu bildirib.

Putinin yenidən prezident seçilməsinin Rusiya xalqının dəstəyinin tam göstəricisi olduğunu vurğulayan Çin lideri, “İnanıram ki, sizin rəhbərliyinizlə Rusiya milli inkişaf və quruculuq sahəsində mütləq daha böyük uğurlar qazanacaq”, deyə qeyd edib.