28 mart 2024 12:03
247

Rusiyalı məşhurlar Müslüm Maqomayevin mahnılarını oxudular

Rusiyanın məşhur sənətçiləri Müslüm Maqomayevin “Səsimi eşit” adlı albomunda olan 12 mahnını iga ediblər. Pleylist artıq VK, Yandex, MTS musiqi xidmətlərində mövcuddur. Bu kompozisiyalar “Crocus City Hall”da baş vermiş terror aktı zamanı həlak olanların xatirəsinə həsr edilib və əldə ediləcək gəlir terrorda yaralananlara veriləcək.

“İki sahil” xəbər verir ki,  bu haqda "RİA Novosti" məlumat yayıb.

Müxtəlif nəsillərin sənətçiləri Müslüm Maqomayevin möhtəşəm mahnılarını öz melodiyalarını qoruyaraq diqqətlə ifa etdilər. Mahnıları Basta, Valeriya, Vanya Dmitrienko, Polina Qaqarina, Stas Mixaylov və HammAli, Nəvai, Lyusya Çebotina, Vladimir Presnyakov və başqa musiqiçilər ifa ediblər. Pleylistin əvvəlində səslənən şeiri Fyodor Bondarçuk oxuyur. Albomda aranjimanın bütün palitrasından məharətlə istifadə edilibr: şəhər romantikasından simfonik orkestrə qədər.