03 aprel 2024 15:56
838

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Sumqayıtda təmizlik aksiyası - FOTO

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təkilatının təşəbbüsü, Sumqayıt Dövlət Universiteti və Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin iştirakı və Sumqayıt şəhər Təmizlik Departamentinin dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təmizlik aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, aksiya Yaşıl dünya naminə həmrəylik ili ilə əlaqədar YAP Sumqayıt şəhər təşkilatının Tədbirlər Planına müvafiq olaraq təşkil olunub. Sumqayıt çimərliyi ərazisində təşkil olunan aksiyanın keçirilməsində məqsəd ətraf mühitin sağlamlaşdırılması, dəniz sahilində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və gəncləri ətraf mühitinin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.