06 aprel 2024 15:31
918

“Azərikimya İB-də “Avtomobilsiz bir gün” aksiyası keçirildi - FOTO

5 aprel 2024-cü il tarixində 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və bununla əlaqədar hazırlanmış “Tədbirlər Planı”na uyğun olaraq SOCAR-ın “Azərikimya İB-nin idarəetmə aparatında, o cümlədən idarə və müəssisələrində atmosferə atılan istilik effektli qazların, karbon emissiyaların azaldılması məqsədilə “Avtomobilsiz bir gün” aksiyası keçirilmişdir.

Aksiya çərçivəsində “Azərikimya”nın 250 nəfərdən artıq əməkdaşı şəxsi və xidməti avtomobillərdən bir günlük imtina etməklə, ictimai nəqliyyatlardan, elektromobillərdən, velosipedlərdən istifadə edərək, həmçinin piyada işə gəlmişlər.

“Azərikimya” İB-nin aksiyada iştirak edən işçilərinə, o cümlədən aksiyanı dəstəkləyən SDM əməkdaşlarına rəhbərlik adından təşəkkür edirik.

Gələcəkdə bu qəbildən olan tədbirlərin könüllük prinsipi əsasında həftədə bir dəfə olmaqla keçiriləcəyinə ümid edirik.