06 aprel 2024 22:24
351

2 nəfər ölüb, 7 nəfər yaralanıb

ABŞ-nin Florida ştatının Doral şəhərində ticarət mərkəzində baş verən atışma nəticəsində 2 nəfər ölüb, 1-i polis əməkdaşı olmaqla 7 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə “NBC 6” telekanalı məlumat yayıb.

“CityPlace Doral” ticarət mərkəzində baş verən atışma nəticəsində iki nəfər ölüb, yeddi nəfər, o cümlədən bir polis əməkdaşı yaralanıb. Polis aşağı ətraf nahiyəsindən güllə yarası alıb və xəstəxanaya aparılıb”, - məlumatda deyilir.

Hücum edənin məhv edildiyi bildirilir.