Geka Geladze Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri vəzifəsini icra edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan hökumətində keçirilən brifinqdə məlumat verilib.
Baş nazir İrakli Kobaxidze bildirib ki, Geladzenin namizədliyi yaxın sessiya həftəsində təsdiq olunması üçün parlamentə təqdim ediləcək.
Məlumata görə, o bu vəzifədə Mamuka Mdinaradzeni əvəz edəcək. Mdinaradze 3 sentyabr 2025-ci ildən DTX-yə rəhbərlik edirdi.
Qeyd edək ki, Geka Geladze 28 may 2025-ci ildən Gürcüstanın daxili işlər naziri vəzifəsində çalışır.