Aprelin 19-da Moskvada Dövlət Şərq İncəsənəti Muzeyində azərbaycanlı sənayeçi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəfatının 100 illiyinə həsr olunmuş gecə keçiriləcək.
“İki sahil” AZƏRTAC-a istinadən xəbər verir ki, gecəni Şərq Muzeyinin direktoru, tarix elmləri doktoru Aleksandr Sedov açacaq.
Tədbirə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Nailə Vəlixanlı və direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov onlayn rejimdə qatılacaq və çıxış edəcəklər.
Xeyriyyəçi, ən hörmətli neft maqnatlarından biri, həqiqi dövlət müşaviri Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən məruzələri professorlar Mehman Məmmədov və Andrey Ərəblinski, həmçinin jurnalist və ictimai xadim Azər Cahangirov təqdim edəcəklər.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?