14 aprel 2024 13:37
215

Rusiya Yaxın Şərqdə eskalasiyadan narahatdır

Rusiya Yaxın Şərqdə növbəti təhlükəli eskalasiyadan son dərəcə narahatdır.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Bölgədə növbəti təhlükəli eskalasiya ilə bağlı son dərəcə narahat olduğumuzu bildiririk. Biz dəfələrlə xəbərdarlıq etmişik ki, Yaxın Şərqdə, ilk növbədə, Fələstin-İsrail münaqişəsi zonasında məsuliyyətsiz təxribatçı hərəkətlər nəticəsində yaranan böhranın həll olunmaması gərginliyin artmasına gətirib çıxaracaq”, - nazirlikdən bildiriblər.

Rusiya XİN qeyd edib ki, İranın İsrailə hücumu BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində həyata keçirilib.