16 aprel 2024 16:44
189

Putindən Rusiya Qvardiyası ilə bağlı QƏRAR

Ukraynada xüsusi əməliyyatda iştirak edən Rusiya Qvardiyasının könüllü birləşmələrinin əsgərləri xəsarət və ya əlilliyə görə təzminat alacaqlar, hərbi qulluqçuların ölümü halında isə onların yaxınları təzminat alacaqlar.

“İki sahil” RT-yə istinadla istinadla xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Qeyd olunur ki, sənədə əsasən əvvəllər Rusiya Silahlı Qüvvələrinə həvalə edilmiş vəzifələrin icrasına yardım edən könüllü birləşmələrə aid olan təzminat müddəalarına düzəlişlər edilib.

Sərəncam Rusiya Milli Qvardiyasında xidmət edən könüllülərə təzminat almaq hüququnu genişləndirir.

Bundan əvvəl Rusiyanın baş prokuroru İqor Krasnov xüsusi əməliyyat iştirakçılarının hüquqlarının pozulması ilə bağlı siqnallar daxil olduğunu bildirmişdi.