17 aprel 2024 15:39
1016

Kürdəmirdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib

Kürdəmir  rayonunda 17 aprel 2024 cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yeni Azərbaycan Partiyası Kürdəmir  rayon təşkilatının təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunub. Kürdəmir şəhərinin Bayraq Meydanına gedən yolun kənarında aksiya zamanı 100 nəfərin iştirakı ilə 100 ədəd şam ağacı əkilib.

“İki sahil” xəbər verir ki, aksiyada YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilat sədrləri və partiya  fəalları iştirak ediblər. Yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.