17 aprel 2024 15:57
201

Hadı Rəcəbli dəfn olunub

Bu gün vəfat edən Hadı Rəcəbli dəfn olunub.

“İki sahil” xəbər verir ki, dəfn mərasimi İkinci Fəxri xiyabanda keçirilib.

Dəfndə mərhumun qohumları, ictimaiyyət və media nümayəndələri iştirak edib.

Qeyd edək ki, sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.