18 aprel 2024 17:57
790

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/Yaşıl Gübrə” layihəsi çərçivəsində  əməkdaşlıq edəcəklər

16 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti  (SOCAR) ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında Yaşıl gübrələrlə bağlı əməkdaşlıq Sazişi imzalanıb.

“İki sahil” xəbər verir ki, sənədi SOCAR-ın vitse-prezidenti Anar Məmmədov və “ACWA Power” şirkətinin Hidrogen üzrə qlobal rəhbəri və vitse-prezidenti Driss Berraho imzalayıblar.

Tədbirdə 2 fevral 2023-cü il tarixində şirkətlər arasında Azərbaycan Respublikasında dənizdə və quruda külək, günəş və yaşıl hidrogen kimi bərpa olunan enerji, həmçinin onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair Əməkdaşlıq haqqında Sazişin imzalandığı məmnunluqla qeyd olunub.

Bu xüsusda yeni imzalanan sənədin “Aşağı karbonlu / Yaşıl Gübrə” layihəsi çərçivəsində yaşıl gübrələrin (əsasən karbamid olaraq) potensial istehsalı və sonrakı satışı üzrə əməkdaşlığı nəzərdə tutduğu qeyd edilib. Sazişə əsasən,  “ACWA Power” şirkətinin “Aşağı karbonlu / Yaşıl Gübrə” layihəsinin bərpa olunan enerji və yaşıl hidrogenin istehsalına aid olan hissələrində aparıcı rol oynayacağı vurğulanıb.