23 aprel 2024 17:16
234

Litva Ukraynaya zirehli döyüş maşınları təhvil verib

Litva Ukraynaya "M577" zirehli döyüş maşınlarını təhvil verib.

“İki sahil” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, onların sayı dəqiqləşdirilməyib.

Agentlik qeyd edib ki, bu il Ukraynadan gələn müraciətlərə cavab olaraq Litva artıq 155 mm-lik döyüş sursatı, “M577” zirehli döyüş maşınları, pilotsuz uçuş aparatları əleyhinə sistemlər, isti geyim və s. tədarük edib.

Litva Ukraynaya təxminən 610 milyon avro məbləğində hərbi yardım edib. Bu il artıq 84 milyon avro ayrılıb və məqsəd bu dinamikanı qorumaqdır.