Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
"İki sahil" nazirliyə istinadən xəbər verir ki, bu çərçivədə, Gəncə şəhəri ərazisində qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
19 apreldə keçirilən imtahanların nəticələri elan olunub, bir nəfər maksimal bal toplayıb
BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb