28 aprel 2024 22:35
262

Keniyada daşqınlar 90-dan çox insanın həyatına son qoyub

Keniyada daşqınlar səbəbindən 90-dan çox insan həyatını itirib.

“İki sahil” Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Keniya polisi məlumat yayıb.

Polis bildirib ki, bu say arta bilər. Sel suları çəkildikcə yeni-yeni insan cəsədləri üzə çıxır.

Bir neçə əyalətdə yağan leysan evləri, məktəbləri və müəssisələri su altında qoyub.

Meteoroloqlar yağıntıların ölkənin bir sıra bölgələrində davam edəcəyini, yaxın günlərdə 40-dan çox əyalətdə güclü yağış yağacağını proqnozlaşdırıblar.