29 aprel 2024 10:05
220

Ötən iki gündə təhvil alınan və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, aprelin 27-də və 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı və 60 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tüfəng, 1 patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.