29 aprel 2024 12:07
539

Sumqayıtda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib - FOTO

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi və YAP Sumqayıt şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, aksiyada YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, “Azərikimya” İB-nin baş direktoru Elnur Məmmədli, YAP Sumqayıt şəhər təşkilatının əməkdaşları, ictimaiyyət nümayəndələri və könüllülər iştirak ediblər. Ekoloji aksiya zamanı 1000 ədəd müxtəlif növ dekorativ ağac tingləri  əkilmişdir. Əkilən ağacların suvarılması təmin edilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.

Aksiya zamanı qeyd olunub ki, bu tədbir Yeni Azərbaycan Partiyası nümayəndələrinin ölkəmizdə həyata keçirilən yaşıllaşdırma aksiyasına növbəti töhfəsidir. Gələcəkdə də bu cür aksiyaların davamlı olacağı nəzərdə tutulmuşdur. Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirmişdir. Yeni Azərbaycan Partiyası da Ulu Öndərimiz tərəfindən qoyulan bu ənənəni layiqincə davam etdirməkdədir.