29 aprel 2024 13:01
241

Ukrayna F-16 qırıcılarını necə gizlədəcək? - FOTO

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü İlya Yevlaş Qərbin bu il ölkəyə çatdırmağı planlaşdırdığı F-16 qırıcılarını necə gizlədə biləcəklərini düşündüklərini bildirib.

“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.

“Söhbət yeraltı anbarların və bunkerlərin qazılmasından gedirsə, buna çox böyük vəsait və zaman lazımdır. Ona görə də onları necə və harada yerləşdirməklə bağlı başqa üsullar hazırlanır. Biz başa düşürük ki, bu, müxtəlif tipli uçuş-enmə zolaqlarında və aerodromlarda səpələnmiş şəkildə istifadə olunacaq. Burada düşmənin onları tapması çətin olacaq”, - o, deyib.

Xatırladaq ki, Pentaqon rəhbəri Lloyd Ostinin sözlərinə görə, F-16 qırıcıları və onları idarə etmək üçün təlim keçmiş pilotlar bu il Ukraynaya gəlməyə başlayacaq.