29 aprel 2024 14:21
244

Aramco Çin şirkəti ilə tərəfdaşlığı qiymətləndirir

Səudiyyə Ərəbistanının neft nəhəngi “Aramco” Çin ortağı “Rongsheng” neft kimya şirkəti ilə birgə Səudiyyə Aramco Jubail Neft Emalı Şirkətində (SASREF) yeni müəssisə yaratmağı araşdırır.

“İki sahil” “Aramco”nun yaydığı məlumata istinadən xəbər verir ki, müqavilə Aramco və  Rongsheng törəmə şirkəti olan  “Ningbo Zhongjin”in  (ZJPC) 50% payını əldə etməkdən əlavə olaraq, həmçinin SASREF-də mayedən kimyəvi maddələrə qədər genişlənmə layihəsinin inkişafına yol açır.

Məlumat üçün bildirək ki, “Aramco” 2023-cü ilin iyul ayında Hollandiyada yerləşən törəmə şirkəti “Aramco Overseas Company BV” vasitəsilə “Rongsheng”in 10%-lik payını əldə edib.

Rongsheng isə aromatik istehsal kompleksi fəaliyyət göstərən və təmizlənmiş ftal turşusu istehsal edən birgə müəssisədə payı olan ZJPC-də 100 % paya sahibdir.