Ukraynanın General-polkovnik Marko Bezruçko adına 110-cu Mexanikləşdirilmiş Briqadanın zenitçiləri mayın 17-də Donetsk vilayətinin şərqində Rusiyaya məxsus “Su-25” hücum təyyarəsini vurublar.
“İki sahil” xəbər verir ki, bu barədə hava hücumundan müdafiə bölməsi “Facebook”da məlumat yayıb.
Bildirilib ki, son iki həftədə briqadanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan dördüncü Rusiya döyüş təyyarəsidir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”