10 may 2024 11:00
303

Əbədiyaşar dahi

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 may 2024-cü il tarixində Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Əbədiyaşar dahi” adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə  Xəzər RİH başçısı Elşən Salahov, Millət vəkilləri Musa Quliyev, Jalə Əhmədova, Afət Həsənova və Fatma Yıldırım, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, şəhid ailələri, təhsil, səhiyyə, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər. Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar.

YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov giriş sözü ilə tədbiri açaraq, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin, iqtisadiyyatın inkişafı əbədi surətdə ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladı.

Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyətinin başçısı Elşən Salahov öz taleyini Azərbaycanın dövlətçilik və tərəqqi salnaməsinə çevirən Ulu Öndər Heydər Əliyevin ömrü bütövlükdə Azərbaycan dövlətinin inkişaf tarixinin parlaq bir hissəsi olduğunu qeyd etdi.

Tədbir zamanı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünün şərəfinə rəngarəng müsiqi proqramı və ziyafət təşkil olundu.
Sonda xatirə şəkili çəkildi.